ABŞ prezidenti Donald Tramp İranla müharibə fonunda qızıl rəngli idman ayaqqabılarını satışa çıxarıb. Bu barədə o, Truth Social sosial şəbəkəsində məlumat verib. Söhbət Trampa məxsus Trump Sneakers brendinə aid ayaqqabılardan gedir. Paylaşımda qeyd olunub ki, bu model nadir nümunədir və Səudiyyə Ərəbistanında keçirilən Cool Arena sərgisində təqdim edilib. Hazırda həmin ayaqqabının qiyməti 180 min dollar təşkil edir. Trump Sneakers brendi haqqında ilk məlumat 2024-cü ilin fevralında yayılıb. Ayaqqabı xətti Filadelfiyada təqdim olunub və bu təqdimat Trampın dələduzluq işi üzrə məhkəmə tərəfindən təqsirli bilinməsindən bir gün sonraya təsadüf edib.

İran gərginliyi fonunda Tramp qızıl krossovkaları satışa çıxardı - FOTO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

