ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynadakı münaqişə ABŞ-ın müharibəsi deyil, lakin Vaşinqton Kiyevə ən böyük dəstəyi göstərən tərəf olub.
Onun sözləri ABŞ Dövlət Departamentinin X sosial şəbəkəsindəki paylaşımında yer alıb.
Rubio qeyd edib ki, ABŞ tez-tez müttəfiqlərindən dəstək istəyir, lakin bu çağırışlar hər zaman eyni qarşılıq görmür.
“Bəzi liderlər deyir ki, İran Avropanın müharibəsi deyil. Yaxşı, Ukrayna da bizim müharibəmiz deyil, amma biz bu mübarizəyə hamıdan çox töhfə vermişik.”
Onun bu açıqlaması NATO daxilində yükün bölüşdürülməsi ilə bağlı narazılığın davam etdiyini göstərir.

