Reuters xəbər verir ki, ABŞ İrana qarşı aktiv münaqişədə pilotsuz sürətli qayıqlardan istifadə etdiyini rəsmi şəkildə ilk dəfə təsdiqləyib.
Pentaqonun məlumatına görə, bu qurğular artıq “Epik Qəzəb” əməliyyatı çərçivəsində patrul məqsədilə istifadə olunur.
Söhbət “BlackSea” şirkəti tərəfindən hazırlanmış GARC (Global Autonomous Reconnaissance Craft) tipli pilotsuz qayıqlardan gedir. CENTCOM nümayəndəsi Hokins bildirib ki, ABŞ Silahlı Qüvvələri Yaxın Şərq regionunda pilotsuz sistemlərdən istifadəyə davam edir.
Onun sözlərinə görə, bu platformalar artıq dənizdə 450 saatdan çox fəaliyyət göstərib və 2200 dəniz milindən artıq məsafə qət edib.
Qeyd olunur ki, Vaşinqton indiyədək bu tip qayıqların münaqişə zonasındakı istifadəsini açıqlamırdı. Eyni zamanda, bu vasitələr yalnız kəşfiyyat üçün deyil, həm də zərbə, o cümlədən kamikadze formatında istifadə oluna bilər.

