ABŞ Prezidenti Donald Tramp növbəti açıqlaması ilə diqqət çəkib. O bildirib ki, uğurlu insanlardan çox, uğursuzların əhatəsində olmağı üstün tutur.
“Mən həmişə uğursuzlarla vaxt keçirməyi xoşlayıram, çünki bu, mənə özümü daha yaxşı hiss etdirir.”
Onun sözlərinə görə, çox uğurlu insanlarla ünsiyyət qurmaqdan xoşlanmır, çünki onların daim öz nailiyyətlərindən danışması onu narahat edir.
Tramp əlavə edib ki, daha çox öz uğurlarını dinləməyə hazır olan insanlarla ünsiyyət qurmağa üstünlük verir.
Bu açıqlama sosial mediada geniş müzakirələrə səbəb olub və bir çoxları tərəfindən liderlik yanaşması və psixoloji baxımdan mübahisəli mövqe kimi qiymətləndirilir.
“Onlar öz uğurlarından danışır, mən isə buna qulaq asmalı oluram.”

