Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Beatrisa şəxsi həyatında yaşadığı problemlərə görə özünü təcrid olunmuş hiss edir. Bu barədə Daily Mail məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Beatrisa tez-tez ağlayır və emosional gərginlik yaşayır.
“O, daim ağlayır və özünü təcrid olunmuş hiss edir”
İnsayder bildirib ki, şahzadə ailə dəyərləri və aristokrat mühitlə bağlı formalaşmış düşüncələrindən uzaqlaşmaqda çətinlik çəkir. Bu vəziyyətin isə həyat yoldaşı Edoardo Mapelli Mozzi üçün narahatlıq yaratdığı qeyd olunur.
Həmçinin iddia edilir ki, Edoardo Beatrisanı valideynlərindən uzaq tutmağa çalışır.

