ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazının açılması ilə bağlı tədbirlərdə iştirak etməyən ölkələrə ABŞ bundan sonra yardım göstərməyəcək.
O, Truth Social platformasında paylaşımında qeyd edib ki, bu ölkələr özlərini müdafiə etməyi öyrənməlidirlər.
“Özünüz üçün döyüşməyi öyrənin. ABŞ artıq sizin yanınızda olmayacaq – siz də bizim yanımızda olmadınız”
Tramp həmçinin bildirib ki, Hörmüz boğazındakı problemlər səbəbindən yanacaq əldə etməkdə çətinlik çəkən ölkələr, o cümlədən Böyük Britaniya, iki seçim qarşısındadır:
- ABŞ-dan yanacaq almaq
- və ya boğaza daxil olub vəziyyəti özləri həll etmək
ABŞ lideri əlavə edib ki, İran artıq ciddi şəkildə zəiflədilib və əməliyyatın ən ağır mərhələsi geridə qalıb.
Bundan başqa, Tramp Fransanı da tənqid edərək, onun İsrailə yönələn hərbi yüklərin hava məkanından keçməsinə icazə vermədiyini bildirib və ABŞ-ın bu addımı “unutmayacağını” vurğulayıb.

