Megaupload və Mega platformalarının qurucusu Kit Dotkom sosial şəbəkə X-də yazıb ki, hazırkı Ağ Ev administrasiyası yaxın vaxtlarda istefa verəcək.
Onun sözlərinə görə, respublikaçılar 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkilərdə İrandakı münaqişəyə görə məğlub olacaq. Dotkom iddia edir ki, bu münaqişə Vaşinqton tərəfindən İsraillə birlikdə başladılıb.
“İran qalmaqalı respublikaçılara aralıq seçkilərdə məğlubiyyətə başa gələcək və demokratlara Tramp və Vensə impiçment elan edərək onları vəzifədən uzaqlaşdırmaq imkanı verəcək”
O, həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp “İsrailin və ABŞ sistemindəki sionistlərin yalanlarına inanıb”.
Biznesmenin fikrincə, hazırkı ABŞ administrasiyası Yaxın Şərqdəki münaqişəyə qismən məsuliyyət daşıdığı üçün hakimiyyətdən uzaqlaşdırılmalıdır.

