Avropa İttifaqı və Böyük Britaniya müttəfiqlərə Hörmüz boğazında blokadanın aradan qaldırılması üçün dəstək verəcək. Bu barədə Ursula Fon Der Lyayen, Kir Starmer ilə danışıqdan sonra bildirib.
O, sosial şəbəkədə qeyd edib ki, İranın hərəkətləri qlobal iqtisadi sabitlik üçün təhlükə yaradır.
“Biz tərəfdaşlarımızla əməkdaşlıq edərək, gəmiçilik azadlığının ən qısa zamanda bərpa olunmasını təmin edəcəyik.”

