İran internet kəsintilərinə görə rekord qırıb. Bu barədə Le Monde nəşrinin məlumatına görə, ölkədə internet artıq 864 saatdır, yəni 37 gündür fasiləsiz olaraq əlçatan deyil.
Kibertəhlükəsizlik monitorinqi ilə məşğul olan NetBlocks təşkilatının hesablamalarına əsasən, bu, müşahidələr tarixində ən uzunmüddətli ümummilli internet kəsintisi hesab olunur.
“Bu hadisə miqyasına görə indiyədək baş verən bütün oxşar hadisələri geridə qoyub”, — deyə təşkilat qeyd edib.

