ABŞ prezidenti Donald Trampın davranışı ölkənin müttəfiqlərində Amerika hakimiyyətinin adekvatlığı ilə bağlı şübhələr yaradıb.
Bu barədə Spiegel nəşri məlumat yayıb.
Materialda qeyd olunur ki, xüsusilə Avropa və Fars körfəzi regionunda narahatlıq artıb.
Mənbəyə görə, səhər saatlarında Tramp İrandan ultimatumun yerinə yetirilməsini tələb edib, lakin axşam saatlarında geri çəkilərək qələbə elan edib.
Məqalə müəllifi istehza ilə bildirib ki, tənqidçilər bu yanaşmanı TACO metodu adlandırır — yəni prezident “həmişə geri çəkilir”.

