İsrail ordusu ABŞ ilə İran arasında əldə olunan atəşkəs danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra münaqişənin yenidən alovlanmasına hazırlaşır. Bu barədə The Times of Israel yazır.
Məlumata görə, mediaya sızdırılan koordinasiyalı məlumatlar ordunun atəşkəsin pozulacağı ehtimalına hazırlaşdığını göstərir.
Qeyd olunur ki, bu cür xəbərlər Pakistanın vasitəçiliyi ilə əldə olunmuş iki həftəlik atəşkəsin qüvvəyə minməsindən bir həftə keçməmiş, həmçinin İslamabadda ABŞ və İran arasında aparılan danışıqların nəticəsiz qalmasından cəmi bir gün sonra yayılıb.

