Uqandanın müdafiə qüvvələrinin komandanı Muhoozi Kainerugaba Türkiyə ilə bağlı sərt açıqlamalarından geri addım atıb.
Eyni zamanda Prezident Yoweri Museveninin oğlu olan Kainerugaba son günlər sosial mediada Türkiyəyə yönəlmiş qalmaqallı paylaşımlar etmişdi. Lakin böyük reaksiyadan sonra o, həmin paylaşımları silib və daha yumşaq mövqe sərgiləyib.
O, son paylaşımında bildirib:
“Türkiyədəki 86 milyon qardaşımı sevirəm. Təhqirlər mənim üçün əhəmiyyət daşımır. Uqandadan türk xalqına sevgilər göndəririk”
Qeyd edək ki, daha əvvəlki paylaşımında Kaineruqaba Türkiyədən 1 milyard dollar tələb etmiş, əks halda 30 gün ərzində diplomatik münasibətlərin kəsiləcəyini və hava əlaqələrinin dayandırılacağını bildirmişdi.
Bu gərginlik fonunda Uqandanın BMT-dəki nümayəndəsi isə fərqli mövqe nümayiş etdirərək, Türkiyə ilə əməkdaşlığa böyük önəm verdiklərini vurğulamış və vəziyyəti yumşaltmağa çalışmışdı.

