İranda gedən müharibə Ukraynanın qarşıdan gələn qışa hazırlığına təsir edib və enerji risklərini artırıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Corca Meloni ilə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərini Ukrinform yayıb.
“İranda baş verən müharibənin təsirini hiss etməyən ölkə yoxdur. Hər yerdə yaşayış xərcləri artır, bunu hamı hiss edir. Enerji riskləri yüksəlir və bu, sosial vəziyyəti, eləcə də növbəti qışa hazırlığı açıq şəkildə çətinləşdirir,” — deyə Volodimir Zelenski qeyd edib.

