The New York Times yazır ki, İranın Ali Lideri Müctəba Xamenei Tehranda iqamətgaha endirilən zərbə nəticəsində ağır yaralanıb.
Məlumata görə, o, üz nahiyəsində ciddi yanıqlar alıb və bu, danışığını çətinləşdirir. Yaxın vaxtlarda plastik əməliyyata ehtiyac ola biləcəyi bildirilir. Buna baxmayaraq, Xameneinin şüurunun aydın qaldığı qeyd olunur.
Nəşrin mənbələrinin iddiasına görə, fevralın sonundan bəri o, bir ayağı üzərində üç cərrahi əməliyyat keçirib və həkimlər protez ehtimalını da istisna etmirlər. Bu yaxınlarda isə qol nahiyəsində əməliyyat aparılıb.
Mənbələr bildirir ki, ali lider əsas hərbi qərarların qəbulunu generalitetə həvalə edib.
Qeyd olunur ki, Xamenei ictimaiyyət qarşısında zəif görünməmək üçün qəsdən audio və video müraciətlər yayımlamır. O, vəzifəyə rəsmi şəkildə başladığı 8 mart tarixindən bəri yalnız nəzarətində olan media vasitəsilə bir neçə yazılı açıqlama ilə kifayətlənib.

