Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş verən atışma ilə bağlı saxlanılan şəxsə rəsmi ittihamlar irəli sürülüb. Bu barədə CNN məlumat yayıb.
ABŞ-ın Kolumbiya dairəsi üzrə prokuroru Jeanine Pirro bildirib ki, şübhəliyə:
- odlu silahdan istifadəyə görə iki maddə,
- federal əməkdaşa təhlükəli silahla hücuma görə bir maddə üzrə ittiham verilib.
“Bu şəxs mümkün qədər çox zərər vurmaq niyyətində idi,” — deyə prokuror qeyd edib.
Hadisə ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi tədbir zamanı baş verib, araşdırma davam edir.

