Livanın “Hizbullah”hərəkatı ölkə hakimiyyətindən silahsızlaşdırma ilə bağlı qərarın geri götürülməsini istəyib.
Bu barədə təşkilatın baş katibi Naim Qasım açıqlama verib.
“Hakimiyyət milli maraqları hər şeydən üstün tutmalı və döyüşçüləri qanundan kənar elan edən 2 mart tarixli qərarı ləğv etməlidir.”
Bəyanatda hökumətə çağırış edilərək bildirilib ki, qəbul edilən qərar təşkilat üzvlərini hüquqi çərçivədən kənara çıxarır və bu, qəbuledilməzdir.

