ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hazırda dərin siyasi və hərbi böhran yaşayır və ölkə rəhbərliyi “başsız vəziyyətə düşüb”.
O, bu fikirləri MS NOW telekanalına müsahibəsində səsləndirib.
Trampın sözlərinə görə, İran cəmiyyətində ciddi qeyri-müəyyənlik hökm sürür.
“Onlar nə etdiklərini bilmirlər. Kimlərin rəhbər olduğunu belə anlamırlar. Biz, əslində, üç səviyyədə rəhbərliyi aradan götürdük və ona yaxın olanların hamısını.”
ABŞ prezidenti həmçinin İran silahlı qüvvələrinin hazırkı vəziyyətini “çox ağır” kimi qiymətləndirib. O bildirib ki, ölkənin donanması və hərbi hava qüvvələri faktiki olaraq sıradan çıxarılıb.
Tramp əlavə edib ki, region ölkələri artıq Tehranla əvvəlki kimi hesablaşmır və İran əvvəlki təsir gücünü itirib.
“Onlar artıq Yaxın Şərqin qorxu yaradan gücü deyillər.”

