Benyamin Netanyahu yaxın on il ərzində ABŞ-nin hərbi yardımından imtina etməyi planlaşdırdıqlarını açıqlayıb.
Bu barədə CBS telekanalı məlumat yayıb.
Söhbət iki ölkə arasındakı hərbi əməkdaşlığın maliyyə hissəsindən gedir.
Netanyahu bildirib ki, İsrail hər il ABŞ-dən 3,8 milyard dollar yardım alır.
Onun sözlərinə görə, bu dəstəyin mərhələli şəkildə sıfıra endirilməsi nəzərdə tutulur.
Bu prosesi uzun müddətə saxlamaq və növbəti Konqresi gözləmək niyyətində deyiləm, — deyə Benyamin Netanyahu vurğulayıb.

