Kolumbiyanın keçmiş İnqilabçı Silahlı Qüvvələri, yəni FARC üzvlərindən ibarət silahlılar ölkədə prezident seçkiləri müddətində atəşkəs elan ediblər. Bu barədə Blu Radio məlumat yayıb.
Qərara əsasən, hüquq-mühafizə qüvvələrinə qarşı hücumlar mayın 20-dən iyunun 10-dək dayandırılacaq.
Bu addım mayın 31-nə planlaşdırılan seçkilər ərəfəsində “sakit şərait” yaratmaq məqsədi daşıyır. Qərar Kolumbiya Prezidenti Qustavo Petronun Kauka departamentində Panamerika magistralında baş verən hücumların arxasında keçmiş FARC silahlılarının dayandığını bildirməsindən sonra elan olunub.
Hücum nəticəsində 20 nəfər həlak olub, daha 36 nəfər yaralanıb. Petronun sözlərinə görə, hücumun birbaşa təşkilatçısı Marlon ləqəbli silahlıdır. Hadisəyə səhra komandiri İvan Mordiskoya tabe olan strukturların da aidiyyəti var.

