Cümə günü, mayın 15-də İran dövlət televiziyası efirə bir neçə proqram buraxıb. Həmin verilişlərdə aparıcılar studiyada tüfənglərlə görünüblər.
Onlar silahla davranışın əsaslarını öyrəndiklərini və zərurət yaranarsa, döyüş əməliyyatlarına qoşulmağa hazır olduqlarını bildiriblər. Bu barədə Iran International yazır.
Amerikalı siyasi şərhçi və İranpərəst fəal Cekson Hinkl X sosial şəbəkəsində yazıb ki, İran televiziyası ABŞ-ın mümkün quru hücumuna hazırlıq çərçivəsində AK-47 ilə davranışı nümayiş etdirir.
Digər istifadəçilər isə kadrda erkən dövrə aid Şərqi Almaniya istehsalı olan MPi-KMS avtomatının göstərildiyinə diqqət çəkiblər.

