Almaniya Silahlı Qüvvələri “casus tarakanlar” istehsal edən Swarm Biotactics şirkətini maliyyələşdirməyə başlayıb. Bu barədə FAZ nəşri məlumat yayıb.
Məlumata görə, bu həşəratlar məlumat toplamaq və siqnallar ötürmək üçün miniatür elektron avadanlıqla təchiz olunur.
Təxminən 6 santimetr uzunluğunda olan tarakanın belinə bir neçə qram çəkidə kiçik “çanta” yerləşdirilir. Bu elektron modulun içində kamera, elektrodlar və radiomodul olur.
Qurğu həşəratın sinir yollarına zəif siqnallar göndərir. Bu isə onun hərəkət istiqamətini və sürətini idarə etməyə imkan verir. Komandalar xüsusi proqram təminatı vasitəsilə verilir.

