ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkədə keçiriləcək növbəti parlament seçkilərində dəstəklədiyini bildirib.
“Nikol 7 iyun 2026-cı ildə yenidən seçilməsi üçün mənim tam və qeyd-şərtsiz dəstəyimi alır. Nikolun köməyi ilə biz ABŞ-ı, Ermənistanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı əvvəlkindən daha yüksək zirvələrə qaldıracağıq”,
deyə Amerika lideri Truth Social sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, Paşinyan Ermənistanın və bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı onun baxışını tam bölüşür.
Ermənistanda parlament seçkiləri 7 iyuna planlaşdırılıb.

