BŞ Prezidenti Donald Tramp İranla bağlı proses başa çatdıqdan sonra diqqəti Kubaya yönəldəcəklərini açıqlayıb.
Tramp Kuba rəhbərliyinin “çökmüş vəziyyətdə” olduğunu iddia edib. Bu açıqlamadan sonra Vaşinqton administrasiyası Kuba Prezidenti Migel Dias-Kanel, onun ailə üzvləri və daha bir neçə şəxsə qarşı sanksiya qərarı qəbul edib.
ABŞ Prezidenti Oval kabinetdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandırarkən Kubadakı mövcud hakimiyyəti hədəfə alıb. O, ölkədəki sistemin demək olar ki, tamamilə çökmək üzrə olduğunu bildirib.
Tramp Kuba xalqına kömək etmək istədiklərini deyib və kubalıların ABŞ-dan dəstək gözlədiyini iddia edib.
“Ora bir növ çökmüş vəziyyətdədir. İran İslam Respublikası ilə işimizi bitirən kimi burayla məşğul olacağıq. Mən hər dəfə bir işi görməyi sevirəm. Qayıdış yolunda qısa fasilə verəcəyik”, deyə Tramp bildirib.
ABŞ lideri həmçinin Kuba Prezidenti Migel Dias-Kanelə qarşı tətbiq edilən yeni sanksiyaların təsirli olacağını deyib.
ABŞ Xəzinə Nazirliyi Migel Dias-Kanel, onun həyat yoldaşı Lis Kuesta Perasa, ögey oğlu, eləcə də Kubanın keçmiş rəhbəri Raul Kastronun ailəsindən iki nəfərin sanksiya siyahısına salındığını açıqlayıb.
Nazirliyin məlumatına görə, sanksiya tətbiq olunan şəxslər arasında Alexandro Kastro Espin və Raul Alexandro Kastro Kalis də var. Beləliklə, ümumilikdə 5 nəfər sanksiya siyahısına daxil edilib.
ABŞ administrasiyası yalnız şəxsləri deyil, bəzi Kuba qurumlarını da sanksiya siyahısına əlavə edib. Kuba Müdafiə Nazirliyi, Xalqlarla Dostluq İnstitutu, Amistur Kuba və İnqilabı Müdafiə Komitələri sanksiya tətbiq olunan qurumlar arasında yer alıb.
Açıqlamada sanksiya siyahısına daxil edilən şəxslərin və qurumların ABŞ-dakı mal varlıqlarının dondurulduğu bildirilib.

