Kuba Prezidenti Migel Dias-Kanel bildirib ki, ABŞ-ın ada dövlətinə qarşı hərbi əməliyyat keçirməsi “qanlı qırğına” səbəb ola bilər.
O, bu barədə X sosial şəbəkəsində yazıb.
Kuba heç bir təhlükə yaratmır və hər hansı ölkəyə qarşı heç bir aqressiv planı və ya niyyəti yoxdur. Onun ABŞ-a qarşı heç nəyi yoxdur və heç vaxt olmayıb,— deyə Dias-Kanel qeyd edib.
Kuba lideri xəbərdarlıq edib ki, əgər ABŞ Kubaya qarşı hərbi əməliyyatla bağlı təhdidlərini həyata keçirsə, bu, “nəticələrini qiymətləndirmək mümkün olmayan qanlı qırğına” səbəb ola bilər.
Onun sözlərinə görə, belə bir əməliyyat sülhə və regional sabitliyə dağıdıcı təsir göstərəcək.

