24 
avq
2023
00:28
265

Baydendən Priqojinin ölümünə REAKSİYA: "Nə içəcəyinə, nəyə minəcəyinə diqqətli olmalı idi"

24 avq, 2023
00:28
265

Baydendən Priqojinin ölümünə REAKSİYA: "Nə içəcəyinə, nəyə minəcəyinə diqqətli olmalı idi"

ABŞ Prezidenti Co Bayden “Vagner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümünə münasibət bildirib.

Den.az UNİAN-a istinbadla xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Bayden qeyd edib ki, Rusiyada baş verənlər barədə hələ də az məlumatlıdır.

“Bəlkə xatırlayırsınız ki, siz (müxbir) məndən onun (Priqojin) haqqında soruşduqda, mən dedim ki, nə içəcəyimə, nəyə minəcəyimə diqqətli olacam. Nə baş verdiyini dəqiq bilmirəm, amma mən təəccüblənmirəm", - o, deyib.

ABŞ prezidenti məsələ ilə bağlı əlavə suallara cavab vermək üçün “kifayət qədər məlumatlı olmadığını” deyib və jurnalistlərə “Son saat yarımdır məşq edirəm” deyib.
Bundan əvvəl, iyul ayında Helsinkidə keçirdiyi mətbuat konfransında Bayden zarafatla demişdi ki, o, Priqojin olsaydı, “nə yediyinə, menyusuna baxar”.
Bayden əlavə edib ki, “Rusiyada az şey olur ki, Putin onun arxasında durmasın".

Qeyd edək ki, avqustun 23-də axşam saatlarında Priqojinin təyyarəsi Rusiya Federasiyasının Tver vilayətində qəzaya uğrayıb, göyərtəsində səkkiz nəfər, o cümlədən Priqojinin özü, “Vaqnerçilər”in komandiri Dmitri Utkin olub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar