Ermənistan Balıqçılar İttifaqının rəhbəri Qor Qriqoryan ölkənin özəl şirkətləri üçün Avropa bazarının faktiki olaraq bağlı olduğunu bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Avropa İttifaqına balıq ixracının mümkünlüyü ilə bağlı vədlərinə baxmayaraq, mövcud məhsul həcmini Avropada satmaq real deyil.
“Hazırda əlimizdə olan 15 ton diri balığı Avropada satmaq mümkün deyil. Bundan başqa, Rusiya sərhədindən geri qaytarılan məhsullar da soyuducu anbarlarda qalır”, — deyə Qriqoryan bildirib.

