Rusiyanın Orenburq vilayətində yerləşən “Qara Delfin” cəzaçəkmə müəssisəsində ömürlük həbs cəzası çəkən keçmiş senator Rauf Araşukov aclıq aksiyasına başlayıb.
Bu barədə TASS agentliyinə onun vəkili Dmitri Trubnikov məlumat verib.
Vəkilin sözlərinə görə, aclıq aksiyası avqustun 1-dən başlayıb. Hazırda Araşukov ŞİZO-da saxlanılır və cəzaçəkmə müəssisəsində əmək fəaliyyəti üçün şərait yaradılmasını tələb edir.
Rauf Araşukov 2019-cu ilin yanvarında Federasiya Şurasının iclası zamanı atası ilə birlikdə saxlanılmışdı.
2022-ci ilin dekabrında Moskva Şəhər Məhkəməsi onları mütəşəkkil cinayətkar dəstə yaratmaq, qətllər törətmək və “Qazprom”dan 4,4 milyard rubl dəyərində qaz oğurlamaqda təqsirli bilərək ömürlük azadlıqdan məhrum edib.
Bundan əlavə, 2026-cı ildə Araşukov cəzaçəkmə müəssisəsində imtiyazlı şərait yaradılması üçün FSİN əməkdaşına rüşvət vermək işi üzrə 10 il azadlıqdan məhrumetmə və 120 milyon rubl cərimə cəzasına məhkum olunub.

