Dünyanın ən yaşlı fəaliyyətdə olan prezidenti, Kamerun lideri Pol Biya iki aydan çoxdur ölkədən kənardadır.
AP-nin məlumatına görə, 93 yaşlı Biya iyunun 7-də Kamerunu tərk edib və səfərini “Avropaya qısamüddətli şəxsi səfər” kimi təqdim edib. Lakin o, daha sonra İsveçrədə qalıb və hakimiyyət nümayəndələrinin sözlərinə görə, hələ də oradadır.
Biyanın uzun müddət ölkədə olmaması onun səhhəti və dövlət idarəçiliyi ilə bağlı suallar yaradıb. Müxalifət isə ölkədə “hakimiyyət boşluğu” yarandığını iddia edir və mövcud idarəetməni “avtopilot rejimi” adlandırır.
Kamerun konstitusiyası prezidentin uzun müddət ölkədən kənarda qalmasını qadağan etmir. Biya əvvəllər də Fransa və İsveçrədə uzun müddət qalaraq gündəlik idarəetməni yaxın çevrəsinə həvalə edib.
Müxalifət lideri İssa Çiroma Bakari bildirib ki, ölkədə prezidentin səhhəti ilə bağlı narahatlıq artır. Buna baxmayaraq, Biya bu günlərdə Cenevrədən ordu daxilində kadr dəyişiklikləri apararaq beş polkovniki briqada generalı rütbəsinə yüksəldib.

