Əfqanıstanın qərbində yerləşən Herat şəhərində BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) iki əməkdaşı saxlanılıb.
Afghanistan International portalı mənbələrə istinadən yazır ki, hadisə 9 avqust, bazar günü axşam saatlarında, əməkdaşlar iş gününü başa vuraraq ofisdən çıxarkən baş verib.
Mənbələrin iddiasına görə, saxlanılmadan qısa müddət əvvəl UNAMA əməkdaşları Heratda qadınların geyim qaydalarını pozmaqda ittiham edilərək saxlanılması halları ilə bağlı hesabat hazırlayıblar. Onların bir neçə qadından müsahibə aldığı da bildirilir.
UNAMA isə iki kişi əfqan əməkdaşının saxlanılması faktını təsdiqləyib.

