Ermənistanın müxalif “Güclü Ermənistan” Partiyasının lideri, iş adamı Samvel Karapetyan Baş nazir Nikol Paşinyanı Ermənistan vətəndaşlığından imtina etməyə çağırıb.
TASS-ın məlumatına görə, brifinq zamanı jurnalistlər Karapetyandan Rusiya və Kipr vətəndaşlığından imtina prosesi barədə soruşublar. O isə suala Paşinyanla bağlı əks sualla cavab verib.
“Niyə Paşinyandan Ermənistan vətəndaşlığından niyə imtina etmədiyini soruşmursunuz? Bu ölkəyə bu qədər bəla gətirib, qoy vətəndaşlıqdan imtina etsin. Bu sualı ona da verin”, – Karapetyan bildirib.

