Vaşinqton məhkəməsi ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdində ittiham olunan 31 yaşlı Koul Tomas Allenin işi üzrə növbəti dinləməni oktyabrın 5-nə təyin edib.
NewsNation telekanalının məlumatına görə, iclasda işə mahiyyəti üzrə baxılmasının başlanacağı tarixin müəyyənləşdirilməsi gözlənilsə də, növbəti dinləmə də prosessual xarakter daşıyacaq.
Atışma aprelin 25-də “Washington Hilton” hotelində, Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulu zamanı baş verib.

Tədbirdə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri, o cümlədən Donald Tramp və vitse-prezident Cey Di Vens iştirak ediblər.
İstintaq müəyyən edib ki, Allen əvvəlcədən hoteldə otaq kirayələyib və silahı gizli şəkildə binaya keçirə bilib.
Ona dövlət başçısının həyatına sui-qəsd, ağır cinayət törətmək məqsədilə odlu silahın daşınması və silahdan istifadə ilə bağlı ittihamlar irəli sürülüb.
Allen ittihamları qəbul etmir və həbsdə saxlanılır.

