ABŞ prezidenti Donald Trampın ölüm və ya fəaliyyət qabiliyyətini itirməsi halı üçün vitse-prezident JD Vance Cey Di Vensə məktub qoyduğu iddia edilib.
Bunu dövlət başçısının köməkçisinin müavini Sebastyan Qorka “New York Post”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, zərf Ağ Evdəki “Resolute” masasının siyirməsində saxlanılır.
Məktubun məzmunu açıqlanmır. Tramp və ya Vens tərəfindən məsələ ilə bağlı rəsmi şərh verilməyib. Qorka əlavə edib ki, Prezidentə qarşı “xarici rəqib” tərəfindən sui-qəsd ehtimalından narahat deyil. Bununla belə, son iki ildə Tramp üç dəfə sui-qəsd cəhdinin hədəfi olub. 2024-cü ilin iyununda baş verən hadisədə güllə onun qulağını yaralamışdı.
Sonuncu sui-qəsd cəhdi isə bu yaz baş verib. Koul Allen rəsmi şam yeməyi zamanı ABŞ Prezidentinə hücum etməyə cəhd göstərib. Bu həftə o, Vaşinqtonda Kolumbiya dairə məhkəməsi qarşısına çıxarılıb.
Ona bir neçə maddə üzrə, o cümlədən qətlə cəhd, silahla federal zabitə hücum və silahla bağlı digər cinayətlər üzrə ittiham irəli sürülüb. Şübhəli şəxs ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Onun vəkili müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu rəsmi şəkildə bəyan edib.

