Almaniya kansleri Fridrix Merts üç həftəlik məzuniyyətdən sonra ilk iş günündə etirazla qarşılaşıb.
TASS-ın “Bild” qəzetinin yayımına istinadən verdiyi məlumata görə, Merts daha əvvəl meşə yanğınlarının baş verdiyi Hürtgenvald icmasına səfəri zamanı narazı insanların reaksiyası ilə üzləşib.
Kanslerin jurnalistlər qarşısında çıxışı zamanı arxa planda güclü fit səsləri və etiraz qışqırıqları eşidilib.
Merts buna belə cavab verib:
“Açığı, bir-birinin sözünü qışqıraraq kəsən insanlar məndə təəssürat yaratmır. Mən qışqıranlarla deyil, işləyənlərlə danışıram”.
Fridrix Merts iyulun 30-dan etibarən üç həftədən çox məzuniyyətdə olub və Bavariyanın Tegernze gölü yaxınlığındakı bağ evində istirahət edib.
Bu müddət ərzində ictimaiyyət qarşısına çıxmaması Almaniyada müzakirələrə səbəb olub. Bəzi siyasətçilər və ekspertlər ölkə üçün mürəkkəb dövrdə kanslerin harada olduğu barədə suallar səsləndiriblər.

