Böyük Britaniya 2022-ci ilin fevralından bu yana Ukraynaya 25 milyard funt sterlinqdən çox yardım göstərib.
Bu barədə Ukraynanın Londondakı səfiri Valeri Zalujnı Telegram kanalında bildirib.
Onun sözlərinə görə, Britaniya Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə də fəal şəkildə dəstək verir.
Zalujnı qeyd edib ki, Londondan Kiyevə hava hücumundan müdafiə sistemləri, raketlər və pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün avtomatlaşdırılmış toplar təqdim olunur.
“Böyük Britaniya Ukraynaya 25 milyard funt sterlinqdən çox yardım göstərib və göstərməyə davam edir”, – səfir bildirib.

