ABŞ Prezidenti Donald Tramp süni intellekt üçün “superintellekt” ifadəsinin işlədilməsi ilə bağlı yeni qərar açıqlayıb.
Tramp süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşdən sonra bildirib ki, ABŞ federal qurumlarında “artificial intelligence” (süni intellekt) əvəzinə “super intelligence” (superintellekt) terminindən istifadə olunacaq.
Trampın sözlərinə görə, görüş iştirakçıları da yeni terminologiyanın tətbiqini dəstəkləyiblər. Görüş zamanı aparıcı texnologiya şirkətləri süni intellekt sistemlərinin təhlükəsizliyi ilə bağlı könüllü standartları nəzərdə tutan ayrıca razılaşma da imzalayıblar.
Qeyd edək ki, söhbət süni intellektin bütün dünyada rəsmi adının dəyişdirilməsindən deyil, ABŞ hökumətinin rəsmi terminologiyasında yeni ifadənin tətbiqindən gedir.

