ABŞ Prezidenti Donald Trampın Kentukki ştatında keçirilən mitinqi zamanı onun arxasında dayanan bir qadın qəfil huşunu itirib. Bu barədə The Daily Beast yazıb. Bildirilir ki, Respublikaçılar Partiyasının tədbirində iştirak edən qadın siyasətçinin çıxışının başlamasından 30 dəqiqə keçməmiş özünü pis hiss edib. O, əvvəlcə solğunlaşıb, baryerə söykənib, daha sonra isə yerə yıxılıb. Həmin anda Donald Tramp Kaliforniya qubernatoru Qevin Nyusomu tənqid edirdi. Hadisədən sonra mitinq iştirakçıları kömək çağırmağa başlayıblar. Donald Tramp isə zalda həkim olub-olmadığını soruşub və daha sonra tibb işçilərini tələsməməyə çağırıb. Qadına ilk tibbi yardım göstərilərkən, ABŞ prezidenti iştirakçılara opera müğənnisi Luçano Pavarottinin ifasında “Ave Maria” əsərini dinləməyi təklif edib.
Trampın çıxışı zamanı mitinqdə qadın huşunu itirdi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

