İsrailin Baş naziri Benyamin Netanyahu xaricdə İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbçilərinə qarşı böhtan xarakterli məlumatlar yaymaqda təqsirli bilinən şəxslərin vətəndaşlıqdan məhrum edilməsinə imkan verən qanun layihəsi təqdim edəcəyini bildirib.
Netanyahu həmçinin ikinci qanun layihəsinin hazırlanacağını bildirib. Bu təşəbbüs belə hallarda məhkəmə yolu ilə tələb edilə biləcək təzminat məbləğinin artırılmasını nəzərdə tutur. “The Jerusalem Post”un məlumatına görə, Netanyahu məbləğin 20 dəfə artırılmasını təklif etdiyini deyib.
Baş nazir açıqlamasında konkret olaraq “NAZA” sənədli filminin yaradıcılarını, Demokratlar Partiyasının rəhbəri Yair Qolanı və İsrail ordusunun keçmiş baş hərbi prokuroru Yifat Tomer-Yeruşalmini də qeyd edib.

