İtaliyadakı “Ristorante La Rotonda” restoranında toy edən cütlük inanılmaz əməl törədib.
Den.az xəbər verir ki, cütlük 80 qonağın qatıldığı toy yeməyindən sonra hesabı ödəməyiblər. Məlumata görə, Moreno Priorietti və Andrae Svenja cütlüyü möhtəşəm toydan sonra hesabı ödəmədən ölkədən qaçıblar.Hesabla bağlı mübahisə olduğunu düşünməyən restoran sahibi toydan sonra günün sonuna qədər gözləsə də, cütlüklə əlaqə saxlaya bilməyib. Cütlüyün Roma üzərindən Almaniyaya uçduğu məlum olub.
Restoran rəhbərliyi cütlüklə cəmi 8800 avro üçün razılaşdıqlarını və bu ödənişə yemək, içki və bəzək kimi əlavələrin daxil olduğunu qeyd edib. Polis cütlüyü axtarır.
Bəy və gəlinin əməli hamını heyrətə gətirdi - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.