31 
mar
2024
16:45
1 285

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib-FOTOLAR

31 mar, 2024
16:45
1 285

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib-FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 106-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.


Den.az xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində düzənlənən tədbirdə Ulu Öndərin, faciə qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov və digərləri çıxış edərək bildiriblər ki, ermənilər Azərbaycan torpaqlarında məskunlaşmalarına baxmayaraq dəfələrlə xalqımıza qarşı soyqırımlar həyata keçiriblər. Qeyd edilib ki, erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə məqsədyönlü şəkildə soyqırım, etnik təmizləmə və deportasiya siyasətini  həyata keçiriblər. Qan yaddaşımızda dəhşətli iz buraxan böyük faciələrdən biri də 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında bolşevik-erməni silahlı dəstələri tərəfindən Azərbaycan torpaqlarında törədilən  kütləvi qırğınlar olub. Bu faciə zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.


Çıxışçılar Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı törədilən ağılasığmaz vəhşiliklərdən, günahsız insanların xüsusi qəddarlıqla qətlə yetirilməsindən ətraflı danışaraq qeyd ediblər ki, ermənilər imkan düşən kimi xalqımıza qarşı davamlı genosid və işğalçılıq siyasəti yürüdüblər. Ona görə də ermənilərin çoxillik düşmənçilik siyasətini və onların xalqımızın başına gətirdiyi müsibətləri heç vaxt unutmamalıyıq.


Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dəmir Yumruğu” ətrafında sıx birləşən xalqımız və rəşadətli ordumuz Vətən Müharibəsində düşmən üzərində şanlı qələbə qazandıqdan sonra ermənilərin “Böyük Ermənistan” mifini darmadağın edildi. Bununla da soyqırım qurbanlarının qisası alınıb və düşmənin işğalçılıq siyasəti tamamilə məhv edilib. Artıq Azərbaycan güclü ölkədir və qalib ordumuz baş verəbiləcək istənilən hərbi təxribatı harda olmasından asılı olamarayaraq qarşısını almağa qadirdir.


Şahnaz Əliyeva
Den.az



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar