Bakı məktəblərinin I sinfinə elektron qeydiyyata hazırlıq çərçivəsində mikrorayonlar üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinə cavab müddəti 15 aprelədək uzadılıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi xəbər verir.
Bildirilib ki, 2026–2027-ci tədris ili üçün I sinfə elektron qeydiyyat prosesində məktəblərin mikrorayonlar üzrə ünvanları artıq vətəndaşların diqqətinə çatdırılıb. Mikrorayonlar müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdiyi dislokasiya əsasında müəyyən edilib.
Vətəndaşlar müvafiq linkə https://baku.edu.gov.az/az/page/333 daxil olaraq daimi qeydiyyat ünvanlarının (yeni tikililərdə isə “Azərişıq” ASC tərəfindən onların adına rəsmiləşdirilmiş abunə kodu olan mənzil ünvanının) dislokasiyada olub-olmadığını yoxlamalıdır.
Ünvanı siyahıda olmayan və ya səhv göstərilən valideynlər müvafiq formanı dolduraraq 15 aprelədək ASAN xidmət mərkəzlərinin 5, 6 və 7 saylı şöbələrinə müraciət edə və ya [email protected]. elektron ünvanına yaza bilərlər.
Eyni zamanda ünvanı və təhkim olunmuş məktəbi olduğu halda obyektiv səbəblərlə başqa məktəb seçmək istəyən valideynlər də bu mərkəzlərə müraciət edə bilər.
Əlavə suallar üçün 146-1 nömrəsi ilə Çağrı Mərkəzinə müraciət etmək tövsiyə olunur.

