Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Denmedia.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Məlumata əsasən, imtahan iştirakçıları arasında 7 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bundan əlavə, ingilis dilində tədris alan 1 nəfər 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür. Maksimal bal toplayanların siyahısı ilə buradan tanış ola bilərsiniz.


