2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi yenidən başlayır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, növbəyə yazılma sentyabrın 10-u saat 15:00-dan etibarən bərpa olunacaq. Qəbul prosesi “myGov” portalı vasitəsilə elektron formada həyata keçiriləcək.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradılarkən bir uşaq üçün maksimum üç müəssisə seçmək mümkündür.
Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək. Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.

