Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın beş ümumi təhsil müəssisəsində dərslər müvəqqəti olaraq distant formada təşkil edilib.
Denmedia.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər Halqasının (Baku City Circuit) əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar 22–26 sentyabr tarixlərində beş təhsil müəssisəsində dərslər onlayn keçiriləcək.
Distant tədris aşağıdakı təhsil müəssisələrində təşkil olunub:
-
Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey;
-
Kərim Kərimov adına 8 nömrəli tam orta məktəb;
-
Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb;
-
132–134 nömrəli Təhsil Kompleksi;
-
İlyas Əfəndiyev adına Elitar Gimnaziya.
Qeyd olunan təhsil müəssisələrində distant tədris sentyabrın 26-dək davam edəcək.

