24 
okt
2023
18:38
179

Süni intellekt sahəsində nailiyyət: Azərbaycan alimləri Stenford Universitetinin reytinq siyahısına daxil edildi - FOTO

24 okt, 2023
18:38
179

Süni intellekt sahəsində nailiyyət: Azərbaycan alimləri Stenford Universitetinin reytinq siyahısına daxil edildi - FOTO

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda son 20 il ərzində süni intellekt, təbii dilin emalı, kiber-fiziki sistemlər, kibertəhlükəsizlik, dərin təlim, böyük verilənlərin analitikası, intellektual e-dövlətin formalaşdırılması, əşyaların interneti, bulud texnologiyaları və s. istiqamətlər üzrə aparılan tədqiqatlar dünyanın aparıcı elm mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Belə ki, 2020-ci ildən başlayaraq artıq dördüncü ildir AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev ABŞ-ın Stenford Universitetinin hazırladığı dünyanın süni intellekt üzrə ən nüfuzlu alimlərinin reytinq siyahısına seçilirlər.

Den.az xəbər verir ki, ki, elmin müxtəli istiqamətləri üzrə dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısı 2019-cu ildən başlayaraq hər il “Scopus” bazasının məlumatları əsasında Stenford Universiteti tərəfindən hazırlanır. Bu reytinq siyahısı məqalələrin və istinadların sayı, alimlərin Hirş indeksi və s. kimi bir çox elmmetrik meyarları özündə birləşdirən kompozit göstərici əsasında hazırlanır. Bu kompozit göstəriciyə görə hər bir elm sahəsi üzrə alimlərin reytinq siyahısı hazırlanır, sonra bu siyahının ilk 2%-nə daxil olan alimlər seçilirlər. 2020-2022-ci illərdə süni intellekt elm sahəsi üzrə Azərbaycanı bu reytinq siyahısında akademik Rasim Əliquliyev və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev təmsil etmişdir.

 

Sevindirici haldır ki, bu alimlər 2023-cü ildə də süni intellekt sahəsi üzrə dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısına seçiliblər. Xüsusilə vurğulamaq lazımdır ki, cari ildə akademik Rasim Əliquliyev və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev dünyada süni intellekt üzrə tədqiqatlar aparan və məqalələri “Scopus” bazasında indeksləşən 356955 alimin sırasından seçiliblər. Digər maraqlı fakt ondan ibarətdir ki, bu illər ərzində Stenford Universitetinin reytinq siyahısına süni intellekt üzrə Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan alimlərinin adları daxil edilmişdir.
Qeyd etmək lazımdır ki, ölkəmizdən müxtəlif elm sahələri üzrə bu reytinq siyahısına 2020-ci ildə – 2, 2021-ci ildə – 8, 2022-ci ildə – 14, 2023-cü ildə – 13 alimin adı daxil edilmişdir.



Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar