apr
2024
19:18
114

Rusiya Ukraynadakı itkilərini belə konpensasiya edir - ŞOK AÇIQLAMA

7 apr, 2024
19:18
114

Rusiya Ukraynadakı itkilərini belə konpensasiya edir - ŞOK AÇIQLAMA

Rusiya Ukraynadakı döyüşlərdə Suriya ordusunun hərbiçilərindən istifadə edir. Rusiya Bəşər Əsədin hakimiyyətini qoruyaraq böyük itkilər vermişdi. İndi isə Moskva Bəşər Əsəddən Ukraynada döyüşmək üçün hərbçilər verməsini tələb edib".

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, Rusiya döyüşlərdə Suriyadakı muzdlulardan da istifadə edir: "İran da İraqda və Suriyada dəstək verdiyi proksi qüvvələrdən Ukraynada Qərbə qarşı istifadə edir. Rusiya Ukraynada verdiyi böyük ölçüdə əsgər itkilərini Suriyadan gətirilən muzdluların hesabına konpensasiya etməyə və daxildə narazılığın baş qaldırmamasına çalışır. Ukraynadakı döyüşlərdə Suriyadan və İranın proksi dəstələrindən ibarət muzdlular rus hərbiçilərindən daha yaxşı vururşur", - deyə politoloq fikirlərini tamamlayıb.

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar