12 
apr
2024
19:37
265

"Bu, perspektivdə Cənubi Qafqazda qarşıdurmalar vəd edir" - ŞƏRH

12 apr, 2024
19:37
265

"Bu, perspektivdə Cənubi Qafqazda qarşıdurmalar vəd edir" - ŞƏRH

"ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obraynın İlham Əliyevlə görüşdə Azərbaycan-Ermənistan danışıqlarının Vaşinqtonda aparılması və Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişaf etdirilməsi haqda dedikləri ABŞ-ın Çindən Avropaya uzanan Orta dəhlizi Mərkəzi Asiyadan Avropaya çıxan dəhlizlə əvəzləmək və kommunikasiyanın İrəvanın istəkləri çərçivəsində açılması şərti ilə Ermənistanın da bu prosesdə iştirakını təmin etmək planıdır. Gözlənildiyi kimi, Obrayn Bakıya bu təkliflə gəlib."

Bu fikirləri "Den.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib. O bildirib ki, Əliyev də Obraynla görüşdə Bakının yanaşmasını ortaya qoydu: "Vaşinqton yeni reallıqları nəzərə alaraq sülh danışıqları prosesinə töhfə verə bilər. Yəni ABŞ Azərbaycanın suverenliyini bərpa etdiyi Qarabağdan danışmağı dayandırmalıdır. Bakı Orta dəhliz üzərində yeni əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır. Azərbaycan ABŞ-ın planına yox demir, lakin hansı tərəf önə çıxarsa və daha yaxşı təkliflər verərsə, öz imkanları ilə prosesdə iştirak edə bilər prinsipindən yanaşır. Hədəfinə nail olmaq üçün Vaşinqtonun Bakıya ehtiyacı var və buna görə Birləşmiş Ştatlar Azərbaycanla qarşıdurma yox, uzlaşmaq marağındadır. Azərbaycan da bu üstünlüyündən diplomatik müstəvidə istifadə edir. Lakin o da bəllidir ki, dəhlizlər uğrunda mübarizə Cənubi Qafqaza daha aktiv şəkildə tranformasiya edilir. Bu isə perspektivdə qarşıdurmalar vəd edir".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar