Bu ilin ilk 3 ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Den.az xəbər verir ki, bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin department direktoru Lalə Əkbərova deyib.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 min 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Departament direktoru səndəsiz evlərlə bağlı məsələyə də toxunub.
Prosesin davam etdiyini deyən Lalə Əkbərova evlərə çıxarışların müəyyən sənədlər əsasında verildiyini bildirib.
Onun sözlərinə görə sovet dövründə və müstəqilliyin ilk illərində verilən sənədlər hüquqmüəyyən edici olmadığına görə, vətəndaşlar daşınmak əmlaklarını qeydiyata aldıra bilməyiblər.
Əmlak Məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, hazırda həyət evləri ilə bağlı amnistiya işləri aparılır. Onun sözlərinə görə, bununla bağlı xüsusi portalın istifadəyə verilməsi nəzərdə tutulur.
Ekspert əlavə edib ki, gələcəkdə müəyyən sənədləri olan olan əmlakların qeydiyyat prosesi daha sürətli şəkildə aparılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Daşınmaz əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər gözlənilir – ÖZƏL AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.