Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan Respublikasına səfər edəcək və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə keçirilən “İslam - sülh və xeyirxahlıq dinidir” mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransda iştirak edəcəkdir.
İdarədən Den.az-a verilən məlumata görə, 15 oktyabrda Daşkənddə baş tutacaq tədbirin keçirilməsi ideyasını Özbəkistanın dövlət başçısı ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasında etdiyi çıxışı zamanı bəyan edib.
QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransın açılış mərasimində çıxış edəcək. Plenar və 3 bölmə iclası ilə işini davam etdirəcək beynəlxalq forum İslam sivilizasiyasına tarixən töhfələr vermiş Özbəkistanın müasir dövrdə bu şərəfli, ənənəvi missiyasını davam etdirmək əzminin daha bir təzahürüdür.
Şeyxülislam Allahşükür Paşazadənin qardaş ölkəyə səfər çərçivəsində yüksək səviyyəli görüşlərdə iştirak edəcəyi nəzərdə tutulur.
Allahşükür Paşazadə Özbəkistana gedəcək

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.