Problemli ailələrdə davamlı olaraq monitorinqlər aparılmalı, qabaqlayıcı tədbirlər görülməlidir.
“Den.az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova parlamentin bugünkü plenar iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, məişət zorakılığının qarşısını almaq üçün sosial iş institutu daha da genişləndirilməlidir:
“Kəndlərdəki məktəblərdə psixoloq sayının az olması ilə bağlı məsələyə yönəltmək istəyirəm. Təklif edirəm ki, məktəblərdə çalışmaq istəyən psixoloqların sayının artırılması üçün müəyyən stimullaşdırıcı tədbirlər görülsün. Fikrimcə, bu da həmin sahəyə olan marağı artıracaq və problemin həllinə müəyyən dərəcədə öz müsbət təsirini göstərəcək”.
Nizami Rəsulov
Den.az
SƏBİNƏ SALMANOVA: Problemli ailələrdə davamlı olaraq monitorinqlər aparılmalıdır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.