Dekabrın 2-də Milli Məclisin 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulunu keçirib.
Sumqayıt şəhərindəki Muğam Mərkəzində seçicilərlə fərdi qaydada görüşən millət vəkili seçicilərin ona ünvanladıqları sual və müraciətlərini dinləyib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Qəbula gəlmiş vətəndaşlar əsasən məişət, yol problemləri, təhsil, işlə təminat, hüquqi və digər məsələlərlə bağlı müraciət ediblər.
Qəbul əsnasında bir sıra məsələlər yerindəcə həll olunub. Eyni zamanda, qaldırılan bir sıra məsələlər nəzarətə götürülüb, bəzilərinin həlli istiqamətində isə tövsiyələr verilib.
S.Salmanova vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, daxil olmuş vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşıldığını, müraciətlərin tam, hərtərəfli araşdırılaraq, onların həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun şəkildə addımlar atıldığını diqqətə çatdırıb.
Səbinə Salmanova Sumqayıtda növbəti vətəndaş qəbulunu keçirib- FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.